Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Sentyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, millət vəkilləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov giriş nitqi ilə çıxış edərək bu cür maarifləndirici tədbirlərin  keçirilməsini yüksək dəyərləndirərək  Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıdığını, Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri olduğunu qeyd edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına çox böyük önəm verib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş tolerantlıq siyasətinin daha da möhkəmlənməsi kursunun davamıdır", - deyə qeyd edib. 
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərin ana xəttini milli-mənəvi dəyərlərimizə söykənən Azərbaycançılıq təşkil edir. Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etdiyi üçün mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslamı yad təsirlərdən qorumalıyıq. Dövlət Komitəsinin sədri vurğulayıb ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq. Din sahəsində ideoloji cəhətdən boşluq yaranmasına imkan verməməliyik. Buna görə də Dövlət Komitəsinin bu maarifləndirici tədbirləri gələcəkdə də davam etdiriləcək.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daima dini sahəyə, inanclı insanlara xüsusi diqqət, qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir və davam etdirilməlidir.
Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

    11 Sentyabr 2018 17:59