Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zığda Məhərrəmliklə bağlı tədbir baş tutub

Sentyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Zığ qəsəbəsi 317 saylı tam orta məktəbdə Məhərrəm ayının gəlişi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov, Günel Zahidova, məktəbin direktoru Əliqismət Səfərov, müəllimlər və valideynlər iştirak ediblər.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov Məhərrəm ayının İslam dinindəki əhəmiyyətindən və bu ayda keçirilən mərasimlərin tarixindən, Kərbəla hadisələrinin mahiyyətindən bəhs edib, başyarma və zəncirvurma kimi xurafat elementlərinin əsassız olduğunu bildirib.
Daha sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov Aşura mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin vacibliyini vurğulayıb, gənclərin dini radikalizm və ekstremizm kimi mənfi tendensiyaların təsirinə məruz qalmamaları üçün valideynlərin üzərinə müəyyən vəzifələr düşdüyünü qeyd edib.
Məktəbin direktoru Əliqismət Səfərov və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Günel Zahidova çıxışlarında dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin əhəmiyyətindən, eləcə də gənclərin dini maarifləndirilməsindən bəhs ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zığda Məhərrəmliklə bağlı tədbir baş tutub

    11 Sentyabr 2018 16:22