Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Aşura mərasimləri QMİ-nin fətvasına uyğun keçiriləcək

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Lənkəran şəhər “Cümə” məscidində Məhərrəmliyə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi  Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəmlik ayı ilə bağlı fətvası oxunub.
Daha sonra QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmiçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə qarşıdan gələn Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edərək, ölkəmizdə tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın bizim həyat tərzimizi təşkil etdiyini qeyd edib. Q.Məmmədov Məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Qanunun  tələblərinə və  ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildirib.
Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Aşura mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin əhəmiyyətini  qeyd edib.
Çıxış edən dini icma sədrləri və din xadimləri Aşura mərasimlərinin QMİ-nin fətvasına uyğun keçiriləcəyini bildiriblər. Onlar dövlət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində mərasimlərdə baş yarmaq, qan çıxarmaq, zəncir vurmaq kimi İslam dininə aid olmayan xurafat elementlərinə artıq rast gəlinmədiyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Aşura mərasimləri QMİ-nin fətvasına uyğun keçiriləcək

    10 Sentyabr 2018 15:25