Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İlahiyyat İnstitutunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda seminar keçirilib

Sentyabrın 7-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda seminar keçirilib.
Ali məktəbin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkədə tolerant və multikultural dəyərlərin qorunmasının dövlət-din siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, məscid, kilsə və sinaqoqların inşasına, təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırdığını qeyd edib. Rektor Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini, son illər fondun xətti ilə bir çox məscid, kilsə və sinaqoqların təmir olunduğunu vurğulayıb. Aİİ-nin yaradılmasının dövlət müstəqilliyimizin bərpasından sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biri olduğunu vurğulayan C.Məmmədov bu ali məktəbin məqsəd və vəzifələrindən, hədəflərindən danışıb. Multikulturalizmin ölkəmizin dini siyasətində xüsusi önəm daşıdığını söyləyən rektor Aİİ-də maarifləndirmə məqsədilə müxtəlif seminar, diskussiya və görüşlərin təşkil edildiyini, belə tədbirlərin mütəmadi keçiriləcəyini bildirib.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) analitika şöbəsinin müdiri Rəşad İlyasov “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, multikulturalizm XX əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində meydana gələrək spesifik multikulturalizm modellərinin ortaya çıxmasına səbəb olub. Dünya multikulturalizm modellərinin əsasən miqrasiya və immiqrantlar sayəsində formalaşdığını söyləyən məruzəçi bu prosesin indi də davam etdiyini bildirib. Qeyd olunub ki, Kanada, Avstraliya, ABŞ, Fransa, İngiltərə, Almaniya, İsveçrə və digər ölkələrdə bu tendensiya özünü daha açıq-aydın göstərir. Həmin modellərə paralel olaraq Azərbaycanın multikulturalizm modelinin tarixi daha qədimdir. Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi-publisistik qaynaqları elmi yolla sübut edir ki, bu multikulturalizm modeli ölkədə məskunlaşan etnosların birgəyaşayış şərtlərini təmin edir.
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İlahiyyat İnstitutunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda seminar keçirilib

    08 Sentyabr 2018 11:29