Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Misir Mədəniyyət Mərkəzində olub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində olub.
Görüşün məqsədi Aİİ ilə Misir Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Sami Əl-Aydi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşıladığını bildirib. Aİİ-nin fəaliyyətini diqqətdə saxladığını qeyd edən Sami Əl-Aydi əməkdaşlıq baxımından bir sıra təkliflərlə çıxış edib. Belə ki, mərkəzin direktoru Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra məsələlərə toxunub. Sami Əl-Aydi Mərkəzin Aİİ-də ərəb dili və xəttatlıq kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin Aİİ tələbələri üçün Misir Mədəniyyət Mərkəzində də 3 aylıq dil kurslarının keçirilməsinin mümkünlüyünü vurğulayıb. Sami Əl-Aydi Aİİ kitabxanasının ərəbdilli ədəbiyyatla zənginləşdirilməsi məqsədi ilə kitablar hədiyyə edəcəyini bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Aİİ rektoru Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini vurğulayan rektor müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor institutda bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunacağını qeyd edib. Aİİ rektoru institutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən bəhrələnəcəyini söyləyərək Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pilləsi üzrə təhsil imkanlarından danışıb.
Sonda Sami Əl-Aydi Misir Mədəniyyət Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ərəb dilinə tərcümə etdiyi “İşğal altındakı tarixi-dini abidələrimiz” adlı kitabı Aİİ-nin rektoru Ceyhun Məmmədova təqdim edib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutunun rektoru Misir Mədəniyyət Mərkəzində olub

    07 Sentyabr 2018 16:32