Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi İstanbulda bir sıra görüşlər keçirib

Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinin avqustun 9 da İstanbulda adıçəkilən şəhərin müftisinin din xidmətləri üzrə müavini Musa Bilgiç, xarici əlaqələr üzrə müavini Veysel Işıldarİstanbul Anadolu Beynəlxalq İmam Xətib litseyi müdiri Bayram Kefeli ilə görüşləri olub.
Keçirilən görüşlərdə Fondun icraçı direktoru bildirib ki, İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. Dinimizin ali dəyərlərinə qəlbən bağlılıq tarixin heç bir çətin sınağında xalqımızı öz inancından yayındırmayıb. İcraçı direktor onu da qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın İslam dünyasının birliyinə, dinlərarası harmoniyaya, eləcə də dini-mənəvi dəyərlərə diqqət və qayğısının bariz nümunəsidir. 
M. İsmayılov eyni zamanda, rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
Görüşlərdə İstanbuldakı məscidlərin fəaliyyəti, məscidlərdə mənəvi dəyərlərin təbliği mexanizmi və din xadimlərinin bu sahədə həyata keçirdiyi tədbirlər də müzakirə edilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi İstanbulda bir sıra görüşlər keçirib

    10 Avqust 2018 09:57