Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Səbaildə “Vətən anlayışı və milli-mənəvi özünüdərk” mövzusunda tədbir keçirilib

Avqustun 9-da Səbail Rayon İcra Hakimiyyəti, Mənəvi Dəyərlərin Təbliği Fondu və “Milli Düşüncə” milli-mənəvi dəyərlərin təbliği ictimai birliyinin birgə təşkilatçılığı ilə Səbail Rayon İcra Hakimiyyətində “Vətən anlayışı və milli-mənəvi özünüdərk” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
Layihənin məqsədi barəsində iştirakçılara geniş məlumat verən “Milli Düşüncə” milli-mənəvi dəyərlərin təbliği ictimai birliyinin icraçı direktoru Rəşid Paşalı qeyd edib ki, insanın doğulub boya-başa çatdığı Vətən onun kimliyinin ayrılmaz parçasıdır. Onu qorumaq milli-mənəvi borcumuzdur və yaşadığımız Vətən torpaqları qəhrəman əcdadlarımızın, Vətən uğrunda şəhid olmuş igidlərimizin bizə əmanətidir.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Vətən sevgisinin imanın təzahürü olduğunu, eyni zamanda vətənpərvərlik və milli-mənəvi özünüdərk anlayışlarının Azərbaycançılıq ideologiyası ilə vəhdət təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İçərişəhər Həzrəti Məhəmməd məscidinin din xadimi Sadiq Əsgərov bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur. Şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür.
Tədbirin sonunda Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov maarifləndirmə sahəsində həyata keçirilən belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq məruzəçilərə tədbir iştirakçıları adından təşəkkür edib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Səbaildə “Vətən anlayışı və milli-mənəvi özünüdərk” mövzusunda tədbir keçirilib

    09 Avqust 2018 14:25