Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İlahiyyat İnstitutunda “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda seminar təşkil edilib

Avqustun 3-də Azərbaycan İlahiyyat İnstitutunda “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda seminar keçirilib. 
Seminarda institutun müəllimi Aqil Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir. O, Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu və burada ayrı-ayrı dinlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.
Azərbaycanda milli mənəvi dəyərlərin və dini durumun sabitliyinin qorunması üçün qarşıda iki mühüm vəzifənin dayandığını bildirən A.Şirinov bunlardan birincisinin radikal dini qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirməkdən, digərinin isə xurafata qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edib. O, radikallıq və xurafata qarşı mübarizədə medianın gücündən istifadə etməyin zəruri olduğunu vurğulayıb.
Mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyü qeyd olunub. Vurğulanıb ki, jurnalistlər dini dəyərlərin düzgün təbliğinə çalışmalı, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.
Daha sonra jurnalist Kənan Rövşənoğlu “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, nəzəri olaraq media sözü hər cür biliyin – informasiyanın kütləyə, insanlara çatdırılmasıdır. Medianın 3 əsas istiqaməti var: maarifləndirmə, xəbərvermə və əyləndirmə. İlk iki istiqamət, yəni maarfiləndirmə və xəbərvermə həm də dinlə bağlı olan istiqamətlərdir.
Kütləvi informasiya vasitələrinin köməyilə insanların qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat aldığını bildirən K.Rövşənoğlu müasir dövrdə kütləvi informasiya vasitələrinin əsasən qəzet, jurnal, radio, televiziya və yeni əsrin müasir media texnologiyası olan interneti özündə ehtiva etdiyini deyib.
Medianın dini mövzulara iki istiqamətdən yanaşdığını vurğulayan jurnalist birinci istiqamətin dini maarifləndirmədən, ikinci istiqamətin isə dini mövzuda yerli və xarici xəbərlərin, din sahəsində baş verən proseslərin işıqlandırılmasından ibarət olduğunu bildirib.
O qeyd edib ki, respublika mətbuatı 2000-ci illərin əvvəllərindən başlayaraq dünyada gedən proseslərin təsiri ilə dini mövzulara daha çox diqqət göstərməyə başlayıb. Bunu şərtləndirən bir çox daxili və xarici faktorlar olub. Yaxın Şərqdə baş vermiş hadisələr, 2005-ci ildəki karikatura böhranı, İsrail-Livan müharibəsi, “ərəb baharı” ilə əlaqəli proseslər medianın dini mövzulara daha çox diqqət ayırmasına səbəb olub.
“Azərbaycan Yaxın Şərq regionu ilə qonşu olan müsəlman ölkəsidir. Regionda baş verənlər bu və ya digər formada Azərbaycana da öz təsirini göstərir. Bundan media da “öz payını” alır. Bu isə həm də dini mövzulara marağı, diqqəti artırır, həmçinin media üçün yeni tələblər və şərtlər yaradır”, – deyə Kənan Rövşənoğlu bildirib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İlahiyyat İnstitutunda “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda seminar təşkil edilib

    04 Avqust 2018 10:20