Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mənəvi Dəyərlərin Təbliği Fondunun loqosu müəyyənləşib

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş loqo müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış komissiyanın iclası keçirilib. İclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb. Təqdim edilən nümunələr elan edilən parametrlər üzrə qiymətləndirilib və Nicat Qəribovun təqdim etdiyi nümunə müsabiqənin qalibi seçilib.
Loqoda multikulturalizmi və tolerantlığı əks etdirən, o cümlədən 8 guşəni formalaşdıran insan formasında simvollar birlik və həmrəylik kimi dəyərləri ifadə edir. Loqonun tam mərkəzində dövlətçiliyimizin rəmzlərindən olan 8 guşəli ulduz və ulduzun mərkəzində alov şəkli yer alıb. Qalxana bənzədilmiş dairə formasındakı simvollar isə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği mənasına gəlir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mənəvi Dəyərlərin Təbliği Fondunun loqosu müəyyənləşib

    03 Avqust 2018 17:01