Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərlinin ABŞ-da geniş auditoriyaya malik Müsəlman Dünyası Bu gün (Muslim World Today) internet platformasında “Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə ölkədəki nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunub saxlanılmasından, eləcə də Azərbaycan-Pakistan dostluq əlaqələrindən, müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan bəhs edilir.
Bildirilir ki, əhalisinin əksəriyyətinin müsəlmanlar olan Azərbaycanda müxtəlif din və konfessiyaların nümayəndələri də sülh və qardaşlıq şəraitində yaşayırlar və ölkədə dini və milli zəmində heç vaxt qarşıdurma yaşanmayıb. Məqalədə multikultural və tolerantlıq dəyərlərinin təşviqinin dövlət siyasətinə çevrildiyi, məscidlərlə yanaşı, kilsə və sinaqoqların da dövlət tərəfindən əsaslı şəkildə təmir edildiyi vurğulanır.
Məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan müəllif qeyd edir ki, işğal olunmuş Azərbaycan torpaqlarında mövcud olmuş dini-tarixi abidələr erməni işğalçıları tərəfindən məhv edilib. Buna baxmayaraq  Bakının mərkəzində isə erməni kilsəsi mövcuddur.
Yazıda həmçinin, İslamın sülh dini olması və terroru pisləməsindən, ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri və bu münasibətlərin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən, eləcə də ölkəmizlə Pakistan arasında mövcud olan sıx dostluq münasibətlərindən bəhs edilir. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

    03 Avqust 2018 11:10