Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları dövlətə qarşı qoymaq, nəticədə sabitliyi pozmağa cəhd göstərməkdir”

Təəssüf ki, sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı davam etdirilir. Xaricdən idarə olunan dini ekstremist qüvvələrin əlində alət olan bəzi insanlar müxtəlif status, rəy və videomüraciətlərlə Azərbaycanda dini və milli azadlıqların pozulması, guya dindarların təzyiqlərə məruz qalması ilə bağlı əsassız iddialar irəli sürürlər.
Azərbaycanın konstitusion quruluşunu dəyişmək istiqamətində virtual fəaliyyət göstərən belə qarayaxma kampaniyalarının cinayətkar ünsürlərinin ifşası ilə bağlı dövlət və cəmiyyətimiz tərəfindən lazımi tədbirlər görülür.
Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov sosial şəbəkələrdə müxtəlif səpkili çıxışlar edən belələrini əslində Azərbaycana qarşı olan, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışan şəxslər kimi xarakterizə edib: “Əgər belə insanların sosial şəbəkələrdəki fəaliyyətlərinə ötəri bir diqqət yetirsək, tam şəkildə bizə aydın olar ki, bu qrupların məqsədi din deyil, İslam deyil. Onların əsas məqsədi İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, ölkədə gərginlik yaratmaq, dindarları dövlətə qarşı qoymaq, nəticədə sabitliyi pozmağa cəhd göstərməkdir. Amma bütün bunlar hamısı əbəsdir. Azərbaycanın əsl dindarları, gerçək möminləri bu adamları lap yaxşı tanıyırlar, onların niyyətlərinin nə olduğunu da çox yaxşı bilirlər. Son terror hadisələrinə xalqın reaksiyası bu cür hadisələrə qarşı Azərbaycanın əsl dindarlarının nə qədər məlumatlı olduğunu, bu məsələlərdən yaxşı agah olduğunu bir daha təsdiqlədi”.
Gündüz İsmayılov təmsil olunduğu qurum tərəfindən dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması, eyni zamanda müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildiyini vurğulayıb:“ Biz belə ektremist şəxslərin ifşası ilə bağlı mütəmadi olaraq cəmiyyətimizdə müxtəlif təbəqədən olan insanları, xüsusilə dindarlarımızı maarifləndiririk. Bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ardıcıl şəkildə maarifləndirici tədbirlər həyata keçirir. Belə tədbirlər Azərbaycanın bütün bölgələrini və bütün təbəqədən olan insanlarını əhatə edir. Məhz elə bu maarifləndirmənin nəticəsidir ki, o cür cinayətkar qrupları dəstəkləyənlərin, onların dediklərinə reaksiya verənlərin sayı bu gün cəmiyyətimizdə barmaqla sayılacaq qədər azdır. Son terror aktları göstərdi ki, Azərbaycan dindarları bu cür şəxslərin fikirlərinə uymurlar, onları da din xadimi kimi qəbul etmirlər”.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları dövlətə qarşı qoymaq, nəticədə sabitliyi pozmağa cəhd göstərməkdir”

    01 Avqust 2018 15:41