Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

İyulun 31-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycan İlahiyyat İnstitutunda olub.
Ali təhsil ocağının kollektivi ilə görüşən E.Nəcəfov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkə Prezidenti İlham Əliyevin din sahəsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqətin bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, institutun hazırlayacağı mütəxəssislər Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin və zəngin multikultural mühitin qorunub saxlanılmasında və inkişaf etdirilməsində xüsusi pay sahibi olacaqlar. Etibar Nəcəfov Azərbaycanda dövlət-din münasibətlərinin təkmilləşməsində Azərbaycan İlahiyyat İnstitutunun elmi mərkəz kimi böyük rol oynayacağına, tələbələrinin bu sahədə dərin biliklərə yiyələnəcəyinə əmin olduğunu bildirib. O, institutun kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu ali təhsil ocağının yaradılmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə adlandırıb, dövlətin din sahəsinə xüsusi qayğısının göstəricilərindən biri olduğunu qeyd edib.
Sonra Etibar Nəcəfov institutun kitabxanası ilə tanış olub, kollektiv qarşısında çıxış edib. İnstitutun rektoru Ceyhun Məmmədov kitabxanada Azərbaycan, türk və ərəb dillərində İslam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid 12000-dən artıq kitabın olduğunu bildirib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

    31 İyul 2018 12:46