Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bakıda “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib

İyulun 31-də Bakıda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.
AMEA-nın nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov əvvəlcə qurumun fəaliyyətindən danışıb. Bildirib ki, qurumun əsas fəaliyyət istiqaməti mənəvi və dini dəyərlərin qorunması, inkişafı, bu sahədə sosial layihələrin həyata keçirilməsidir.
Mövzunun əhəmiyyətindən danışan Mehman İsmayılov bildirib ki, tədbirdə milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsi aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək.
Mehman İsmayılov qeyd edib ki, dil xalqın əsas mənəvi dayaqlarından biri, cəmiyyətin aynası, əsas kimliyidir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Natiq vurğulayıb ki, bütün maneələrə və çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ulu Öndərin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Bəhruz Quliyev qeyd edib ki, dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda mühüm mənəvi dəyərdir. O qeyd edib ki, xalqın formalaşmasında dilin vacib əhəmiyyəti var: “İnsan yeganə varlıqdır ki, dil ünsiyyətindən istifadə edərək bu qədər inkişaf səviyyəsinə gəlib çatıb. Azərbaycan dili çox zəngin dildir, dilimizə zaman-zaman ciddi təzyiqlər olub və dilimiz tarixin mürəkkəb mərhələlərindən keçərək bu günə qədər özünü qoruyub saxlayıb."
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
deyib ki, bu gün yaranan informasiya resurslarının böyük əksəriyyətində medianın ənənəvi institutları yoxdur, ənənəvi media mexanizmləri aradan çıxıb. Bildirib ki, ancaq ənənəvi mediada bu mexanizmlər mövcuddur və bu media qurumlarında kifayət qədər peşəkarlar çalışır: “Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə yeni terminlərin meydana gəlməsi müəyyən çətinliklər yaradır. Yeni texnologiyaların, internet dövrünün inkişaf etdiyi bir zamanda biz də çevik olmalıyıq. Əgər biz proseslərdən geri qalsaq, o zaman dilimizi təzyiqlərdən qoruya bilməyəcəyik. Müasir gənclik informasiyanı internet üzərindən alır, ona görə də bu məsələlərə diqqət yetirməliyik”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, dil mövzusunda müzakirələr çox aktualdır, dil millətin varlığını təsdiq edən vacib amildir. Onun sözlərinə görə, dilimizin qorunub saxlanması və gələcək nəslə çatdırılmasında hər birimizin üzərinə böyük vəzifə düşür.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Qloballaşma dövründə dilimizin saflığının qorunması məsələsi”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmovanın “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədovun “Din ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzularında məruzələri dinlənilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bakıda “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib

    31 İyul 2018 15:30