Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıtda “Dini radikalizm - problemin mahiyyəti və fəsadları” mövzusunda tədbir olub

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Kimyaçılar qəsəbəsində “Dini radikalizm - problemin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, Sumqayıt ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Elmir Məhərrəmov, Sumqayıt şəhər bələdiyyəsinin 1 saylı Kimyaçılar məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova və qəsəbə sakinləri iştirak ediblər.
Sumqayıt ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı E.Məhərrəmov cəmiyyətimizin dini radikalizmin mahiyyəti və fəsadları barədə məlumatlandırılması istiqamətində atılan addımların əhəmiyyətindən danışıb. Qeyd edib ki, maarifləndirmə tədbirlərinin, o cümlədən aparılan uğurlu ideoloji işin müsbət təsirləri artıq müşahidə olunmaqdadır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ü.Məmmədov zərərli dini cərəyanların ölkəmizə ayaq açdıqları dövrdən indiyəqədərki fəaliyyətləri haqda geniş məlumat verərək onların həyatımıza mənfi təsirlərindən danışıb. O, həmçinin  Azərbaycan xalqının tarixi ictimai-fəlsəfi düşüncəsində dinin yeri və rolu, sahib olduğumuz multikultural və tolerant dəyərləri haqqında geniş məruzə edərək bu dəyərlərin güclü təbliğ olunması ilə zərərli, radikal dini cərəyanlara qarşı effektiv mübarizə aparmağın mümkünlüyünü vurğulayıb.
Sumqayıt şəhər bələdiyyəsinin 1 saylı Kimyaçılar məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova dini radikalizmə qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının rolu barədə danışıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sumqayıtda “Dini radikalizm - problemin mahiyyəti və fəsadları” mövzusunda tədbir olub

    31 İyul 2018 15:25