Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dinsiz radikallar

Yaxud din pərdəsi arxasında gizlənən terrorçular

Əndazəni aşmaq, müəyyən həddi (bəlkə də müəyyənləşmiş həddi) keçmək heç zaman yaxşı hal sayılmır, bəyənilmir!
Gözlə görünməyən bu əndazəyə, həddə “elmi dildə” “qırmızı xətt” də deyirlər.
Zarafatda həddini aşmaq qanıqaralığa, dava-dalaşa, sürətdə həddi keçmə qəzaya, eşqdə həddi keçmə məcnunluğa, danışmaqda həddi keçmə boşboğazlığa, güzəştdə həddini keçmə isə anarxiya və özbaşınalığa səbəb ola bilər.
Bəzən bu həddin haradan başlayıb, harada qurtardığını təyin etmək mümkün olmur. Lakin keçilən hədd nəticədə özünü dərhal büruzə verir!
Nizami Gəncəvinin təbirincə desək: 
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da!
***
Hər bir millət, hər bir insan sitayiş etdiyi dini sevir! O başqa məsələdir ki, dini ayinlərə necə əməl edir, Müqəddəs Kitabın tələblərini hansı səviyyədə yerinə yetirir! Ancaq dövrü, zamanı, mövcud vəziyyəti nəzərə almadan hamıya eyni tələbkarlıq, eyni prinsiplərlə yanaşmaq, yaxud “mənim kimi olmalısan” şərtini irəli sürmək anlaşılmaz və qəbuledilməzdir!
Tarix boyu dinin insan həyatına təsiri yüksək olmuşdur! Bu gün də belədir! 
Zamandan, dövlət quruluşundan asılı olaraq bu təsirin gücü və səviyyəsi müxtəlif ola bilir. 
Siyasətdə din amilindən istifadəyə həmişə müəyyən yer verilib.
Müasir dövrümüzdə dinin güclü olduğu yerlərdə dövlət-din münasibətlərində ziddiyyətlərə, qarşıdurmalara da təsadüf edilir. Zaman-zaman bu münasibətlər ölkənin, dövlətin, xüsusən elmin inkişafına da güclü təsir göstərib.
Vaxtında dini dövlət idarəetməsindən uzaqlaşdırıb sekulyarizmə üstünlük verənlər elmin də sürətli inkişafına, yüksəlişinə nail olublar.
***
Dinin daxilində müxtəlif cərəyanların, təriqətlərin meydana gəlməsi də zaman-zaman müşahidə olunub. Bu cür hallar müəyyən iddialara, meyillərə söykənib. Lakin heç zaman dini gücləndirməyib. Əksinə, zəiflədib, nüfuzdan salıb. Lakin bunda maraqlı olan qüvvələr belə təfriqəçiliyi, əksfikirliyi müdafiə edib, körükləyiblər! Nəticədə o şişərək böyüyüb, özünə uzunmüddətli yer tutub, kənar mənbələrdən maliyyələşmə isə yaşamasını təmin edib. İlkin vaxtlarda mövcudluqlarını sözlə saxlayanlar məqam düşən kimi radikallaşıb, kəskin addımlar atıb, hətta hərdən silaha əl atmaqdan da çəkinməyiblər.
Radikallıq - əndazəni aşmaq, həddi keçməkdir!
Radikallıq - ümumi axına qarşı üzmək, bir qrupun istəyini ümumi maraqlara qarşı qoymaqdır!
Radikallıq - yalnız öz maraqlarını düşünərək ümumi işə vurulacaq zərbəni nəzərə almamaq, əhəmiyyətsiz saymaqdır!
Radikallıq - hər şeyi öz istəyinə qurban verməyə hazır olmaqdır!
Dində radikallıq - həmin dini hörmətdən salmaq, zəiflətməkdir.
Dində radikallıq - dinə zorakılıq, cinayət elementləri gətirilməsi deməkdir. 
Dində radikallıq - əslində dinə zidd əməllərdir! 
Çünki bu məqamda şəxsi hikkə dindən üstün tutulur, dinin maraqları arxa plana keçirilir!
Çünki bu məqamda dinin humanistlik, mərhəmətlilik baxışlarına ziyan gətirilir!
Çünki bu məqamda sülh, barış dili sayılan dində qan tökülməsinə, silah işlədilməsinə rəvac verilir!
Odur ki, dinin radikallardan, radikal meyillərdən qorunması çox vacibdir!
Son dövrlərdə müxtəlif güc dövlətləri, siyasətçiləri dini radikallardan, onların xidmətlərindən tez-tez istifadə edirlər. Uzun illər boyu belə radikal qruplar gizli şəkildə, gen-bol maliyyələşdirilir, “iks” vaxtınadək asılı vəziyyətdə saxlanılır, borclu salınırlar. Məlum məqamda tapşırıq veriləndə isə hətta həyatları bahasına olsa da, onu yerinə yetirməlidirlər!
Çünki yazılmamış qanunları bunu tələb edir.
Dində fətva Allah, Vətən yolunda verilir.
Radikalların tapşırığı isə zahirən din pərdəsi altında görünsə də, əslində, şəxsi və yaxud siyasi xarakter kəsb edir.
Radikalların əməllərinin dinin müqəddəsliyi ilə ziddiyyəti bu məqamda da özünü büruzə verir.
Təəssüf ki, bu radikallıq indiyədək kifayət qədər diqqət yetirilməmiş məsələdir.
Əvvəla, onlar mövcud olduqları din daxilində yaşamağa uyğunlaşmağı bacarır, özlərini güclü hiss etməyənə qədər səslərini çıxarmır, açıq ziddiyyətdən çəkinirlər. Digər tərəfdən, siyasi, dövlət səviyyəli müdafiəçiləri olduğuna görə ifşadan, ümumi təpkidən, mətbuatın açıq müdaxiləsindən qoruna bilirlər.
“İks” zamanına qədər!
***
Tarixə nəzər salsaq, ilk terrorçuların hansı dinə sitayiş etdiklərini aydın görərik.
Bəli, ilk terrorçu da, ilk terror təşkilatı da məhz qeyri-müsəlman dinlərə məxsus şəxslər tərəfindən olub və yaradılıb.
Ancaq hamımız birmənalı şəkildə qəbul edirik ki, terrorçunun nə dini, nə də vətəni olur! 
Terror əməllərinin geniş vüsət aldığı son dövrlərdə bunun şahidi olmuşuq və oluruq!
Əvvəla, terrorçu adətən, bu işi pula görə edir. Əgər hansısa təşkilata üzvdürsə, həmin təşkilat onu hazırlayıb yönəldirsə, əslində, həmin təşkilata maddi marağa görə üzv olub, sonradan “beynini çöndəriblər”.
Terrorçu adətən, qarşısında hədəf görür, ona verilən tapşırığı nəyin bahasına olursa-olsun (hətta həyatını itirsə də) yerinə yetirməyə can atır. Bu halda, törətdiyi əmələ görə kimlərin öləcəyinin fərqində deyil! Qoca, uşaq, qadın, kişi, gənc! Yaxud ölənlərin hansı dinə mənsub olduqları da terrorçunu düşündürmür! Hətta mənsub olduğu dini qrupun üzvü ola biləcəyi də onu narahat etmir!
Çünki o, tapşırıq yerinə yetirir!
Çünki o, artıq manqurtlaşıb, insani keyfiyyətlərini itirib!
Çünki o, artıq cansız alətdir, partlatdığı bomba kimi ölümsaçan cihazdır!
Təəssüf ki, bəzi dövlətlərin KİV-ləri israrla terrorçunu “müsəlman etmək” istəyirlər!
İslam dininin “terror dini” olduğunu zorla sübuta yetirməyə çalışırlar! 
Mövcud faktlar və hadisələr isə bunun tam əksini göstərir. Doğrudur, icraçılar sırasında müsəlmanlar da olur. Amma mahiyyətə varanda başqa mənzərəni görürük.
***
Hazırda ən böyük terror qruplaşması İŞİD (İraq-Şam İslam Dövləti) sayılır. Tərkibindəki döyüşçülər həm islam, həm xristian dininə sitayiş edənlərdir.
Həqiqətdə isə bu terrorçu təşkilatı xristian dövləti yaradıb, xristian dövləti maliyyələşdirir, silahlandırır, öz maraqlarına uyğun olan vəzifələrin icrasına yönəldir. PKK, YPD, YPG kimi qruplar da eyni vəziyyətdədir.
Onların dağıtdıqları müsəlman dövlətləri, öldürdükləri müsəlmanlar, taladıqları isə müsəlman dövlətlərinin sərvətləridir!
 
Davaları din uğrunda deyil!
Neftə nəzarəti ələ almaq, bu sərvətə sahib dövlətləri özlərindən asılı vəziyyətə salmaq, neft bazarlarını ələ keçirməkdir!
 
Heç bir dində insanları öldürmək təqdir olunmur, müsbət hal sayılmır!
Heç bir dində qəddarlığa, zalımlığa, insana zülm edilməsinə haqq qazandırılmır! 
Əksinə, mərhəmət, şəfqət, bir-birinə əl tutmaq, kömək göstərmək təbliğ edilir!
Heç bir dində daxildə yaranan parçalanmalar sevilmir, qəbul edilmir, təqdir olunmur!
 
Amma dindən siyasi məqsədlər üçün istifadə halları mövcuddur və həmişə də olub! 
Elə din pərdəsi altında terrorçuların hazırlanması, yaxud dinin “terror dini” kimi qələmə verilməsi cəhdi də siyasətdir!
Lakin geniş kütlə bu incəliyi görə bilmədiyindən bəzən yalan təbliğata uyur, gənclər isə təsir altına düşür, peşəkarlar tərəfindən aldadılır, beyinləri korlanır, nəticədə terrorçuya çevrilirlər!
***
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizdə din-dövlət münasibətləri aydın və konkretdir: bir-birinin daxili işinə qarışmamağa, hörmətə, qarşılıqlı yardıma və köməyə əsaslanır. Dövlətin dinə, dindarlara daimi qayğısı var! Lap əvvəldən tolerant mühit formalaşıb və bu gün dünyaya nümunədir.
Ancaq Azərbaycanda da radikal, dini qruplar mövcuddur. Zaman-zaman özlərini hiss etdirirlər: Suriya və İraq ərazilərinə gedərək radikal terrorçulara qoşulmuşlar, Nardaran, Gəncə hadisələri bunlara misaldır.
Əslində, bunların islama heç bir aidiyyəti yoxdur! Qeyd etdiyimiz kimi, dinin siyasiləşdirilməsindən doğan fəsadlardır. Antiazərbaycançı şəbəkənin yaratdığı və ölkədə yerləşdirdiyi təxribatçı elementlərdir. Məqsəd bizim üçün çox qiymətli olan sabitliyə və müstəqilliyə təhlükə yaratmaqdır. Odur ki, məqam düşən kimi sabitliyi pozmağa, Azərbaycanı kimdənsə asılı vəziyyətə salmağa çalışan qara niyyətlilərə xidmət göstərməyə cəhdlər edirlər. Belələrinin nə dini olur, nə də vətəni!
 
Əslində, onlar dinsizlərdir! Çünki əməlləri bütövlükdə dinin humanist prinsiplərinə ziddir! 
Dinsiz radikallardır!
Qurani-Kərim insanı öldürməyi günah sayır! Hətta insanın öz-özünü öldürməsini də qəbul etmir!
Belədə dindaşını öldürənə dindar demək olarmı?
Belədə heç zaman ona pisliyi dəyməyən, hətta tanımadığı insanı qətlə yetirəni müsəlman saymaq olarmı?
Qətiyyən!
Din onlar üçün bir pərdədir, bir maskadır!
Əməllərini gizlətmək üçün!
Murdar niyyətlərini başqa cür təqdim etmək üçün!
Günahsız insan ölümünə haqq qazandırmaq üçün!
 
Bu gün “radikal dini qrup” deyilən şey yoxdur!
Bu gün dinsizlərin radikal qrupları mövcuddur!
İnşaallah, xalqımızın dəstəyi, hüquq- mühafizə orqanlarının fəaliyyəti və qanunların aliliyi sayəsində onların kökünü kəsəcəyik!
Müstəqil Azərbaycan əsl dindarlar, tolerantlar, vətənpərvərlər və ürəyində Allaha məhəbbət olan insanların yaşadığı məkandır!

Bəxtiyar SADIQOV
"Azərbaycan" qəzeti
31 iyul 2018

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dinsiz radikallar

    31 İyul 2018 10:34