Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Üçüncü ixtisas qrupu üzrə imtahan verən və İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 29-dan avqustun 1-dək http://eservices.dim.gov.az/erizebak/dpk/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutundan bildiriblər ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərinə (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) uyğun olduqları halda müsahibəyə buraxılırlar.
Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçəcəklər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri,  insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti qiymətləndiriləcəkdir.
Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat 29-31 iyulda, boş qalan yerlərə qeydiyyat isə 15-16 avqust tarixlərində aparılacaqdır. İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri Əhməd Cəmil 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

    30 İyul 2018 15:07