Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

İyulun 26-da Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin kollektivi ilə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov və idarənin əməkdaşları iştirak ediblər. 
Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov tədbiri giriş sözü ilə açaraq müasir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması və radikal dini cərəyanlara qarşı mübarizə istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.        
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycanda mövcud dövlət-din münasibətlərindən, müvafiq qanunvericilik aktlarından, dindarlara göstərilən dövlət qayğısından, milli-mənəvi dəyərlərin, ənənəvi İslam dəyərlərinin qorunub saxlanılmasının vacibliyindən, Azərbaycandakı dini tolerantlıq və multikulturalizm mühitindən, dini radikalizmin yaranma səbəblərindən, eləcə də dini radikal qrupların təbliğat metodlarından, törətdiyi fəsadlardan, dini fanatizmin, mövhumat və xurafatın zərərli olmasından bəhs edib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının, eləcə də gənclərin elmə və təhsilə yiyələnmələrinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən nəşr edilmiş dini maarifləndirici ədəbiyyatlar paylanılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

    26 İyul 2018 16:53