Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.
İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. İnstitut bu hədəf və məqsədlər istiqamətində öz korporativ loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan edir. 
Müsabiqənin şərtləri aşağıdakılardır:
1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirakçılar müsabiqədə fərdi və ya müştərək qaydada təmsil oluna bilərlər;
2. Loqo müasir və beynəlxalq bir imicə sahib olmalı, Aİİ-nin dünyəvi bir elm və tədqiqat mərkəzi olduğu burada öz əksini tapmalıdır. Loqoda, həmçinin multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər də yer ala bilər;
3. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək;
4. Loqonun eskizi A4 formatda kağızda və ya CD disk şəklində Bakı şəhəri, Əhməd Cəmil 41 A ünvanına (Azərbaycan İlahiyyat İnstitutunun inzibati binası), eləcə də PDF formatında ilahiyyatinstitutu@gmail.com elektron ünvanına və ya İnstitutun rəsmi facebook səhifəsinə təqdim edilməlidir;
5. Mükafat fondu 300 AZN nəzərdə tutulub;
6. Loqo nümunələrinin son təqdimetmə tarixi 05.08.2018-ci il saat 24:00-a qədərdir;
7. Müsabiqənin qalibi 2018-ci il avqustun 10-da elan olunacaqdır.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

    26 İyul 2018 12:49