Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İlahiyyat İnstitutunda təhsilin üstünlükləri

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübə əsasında qurulmuş yeni institutdur.
Aİİ-də tədris prosesi xaricdə təhsil almış yüksək ixtisaslı kadrlar tərəfindən təşkil edilir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq.
Azərbaycan İlahiyyat İnstitutunda tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir. Bütün xarici dillər professional mütəxəssislər tərəfindən müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris ediləcək.
Bununla yanaşı, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı yaradacaq.
İnstitutda şərq incəsənəti və musiqisi, xəttatlıq, əbru, təzhib, musiqi kimi sahələrinə aid müxtəlif kurslar təşkil ediləcək.
Tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına sahibdir. Kitabxanada kompyuterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatını maksimum təminatı üçün açıq rəf sistemi vardır.
Aİİ-də təqdim olunan təhsil imkanları ödənişsizdir və dövlət sifarişi əsasında həyata keçirilir. Tələb olunan qəbul balı III ixtisas qrupunda minimum 200 baldır. Qəbul planı üzrə islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə 25 yer ayrılmışdır.
Aİİ tələbələrə hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində karyera qurmaq imkanı yaradır. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İlahiyyat İnstitutunda təhsilin üstünlükləri

    25 İyul 2018 14:57