Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada “Vətən sevgisi imandandır” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib.
Rayonun Xınalıq kəndində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, RİH başçısının Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov, Xınalıq bələdiyyəsinin sədri Kamal Ağayev, Xınalıq internat məktəbinin direktoru Yunis Dəmirov, kənd ağsaqqalları, dindarlar və gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək qeyd edib ki, İslam dininə görə Vətən sevgisi imandandır və vətənpərvərlik İslamda əhəmiyyətli rol oynayır. Eynulla Nurullayev çıxışında qeyd edib ki, Azərbaycan dünyada tolerantlığı və multikultural dəyərləri ilə tanınır. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması və bu illər ərzində təkcə ölkə səviyyəsində deyil, beynəlxalq aləmdə keçirilən tədbirlər, Azərbaycanın ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin birmənalı şəkildə diqqətini özünə çəkir. E.Nurullayev nitqində gənc nəslin mövcud adət-ənənələrimizə sadiqlik ruhunda yetişməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan gənci milli adət-ənənələrimizi öyrənməklə yanaşı, ənənəvi İslam dəyərlərini də mənimsəməlidir. Bununla onlar həm özlərini, həm də gələcək nəsli radikal dini qrupların təsirindən qorumuş olacaqlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişməsində dinin əhəmiyyətli dərəcədə rolunun olduğunu diqqətə çatdırıb. O bildirib ki, gənclərə Azərbaycanda mövcud olan ənənəvi dini biliklər öyrədilməli, onların kənar təsirlərdən müdafiə olunması üçün maarifləndirici tədbirlər daha tez-tez keçirilməlidir. Tariyel İbrahimov dini biliyi az olan gənclərin aldanaraq radikal qrupların əlində alətə çevrildiyini, daha sonra isə onlardan müharibə ocaqlarında istifadə edildiyini diqqətə çatdırıb.
Daha sonra DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada “Vətən sevgisi imandandır” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

    12 İyul 2018 09:35