Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Astarada dini maarifləndirmə tədbiri keçirilib

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Astara rayonu Kijəbə qəsəbə məscidində Fondun dini maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Prezident yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov ölkəmizdə dinlərarası, məzhəblərarası həmrəylik və vəhdətin mövcud olduğunu qeyd edib. Q.Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri haqqında da tədbir iştirakçılarına geniş məlumat verib.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla məruzəsində Azərbaycandakı dövlət-din modelinin digər ölkələr üçün nümunə olduğunu bildirib. H.Abdulla Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin sülhə və həmrəyliyə verilən töhfə olduğunu bildirib.
Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Lovayın kənd məscidinin imamı Nurəddin Mərufov, Lovayın kənd sakini, ilahiyyatçı Mahir Şəkərov və digərləri çıxışlarında dini radikalizmə qarşı mübarizədə milli-mənəvi, tolerant və multikultural dəyərlərin təbliğ edilməsinin zəruriliyindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Astarada dini maarifləndirmə tədbiri keçirilib

    10 İyul 2018 15:45