Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Lənkəranda dini maarifləndirmə tədbiri keçirilib

İyulun 9-da Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Bilik Fondunun dini maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, din xadimləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov məruzəsində bölgədə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. Dini radikalizm və onun fəsadlarından danışan Q.Məmmədov milli-mənəvi, tolerant və multikultural dəyərlərin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə zəruriliyini vurğulayıb.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Lənkəran rayonu Hirkan qəsəbə məscidi dini icmasının sədri və imamı Ayaz Mirzəyev, rayonun Liman şəhər “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə və digərləri çıxışlarında keçirilən maarifləndirmə tədbirlərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Lənkəranda dini maarifləndirmə tədbiri keçirilib

    10 İyul 2018 11:13