Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans işini panel formatında davam etdirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans iyulun 6-da işini panel formatında davam etdirib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı paneldə orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şəhərin aktiv gəncləri, eləcə də Yeni Azərbaycan Partiyasının Şəhər Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dünyada baş verən münaqişələrin bir hissəsi dini motivlidir. Dünyanın bir çox yerində müxtəlif dinlərin əxlaq normalarını, bəşəri və insani prinsiplərini nəzərə almayan, ədavəti yaymağa çalışan qruplar var. Sədr müavini diqqətə çatdırıb ki, son dövrlər məqsədli şəkildə bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. G.İsmayılov çıxışında dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaq kimi arzuolunmaz halların yaratdığı fəsadlara da toxunub.
Azərbaycanın dini radikalizmin son dərəcə az yayıldığı ölkələr sırasında olduğunu deyən G.İsmayılov bunun səbəbini xalqımızın çoxəsrlik tolerant və dini dözümlülük kimi ənənəyə malik olması, dövlətin apardığı din siyasəti ilə əlaqələndirib.
Dini radikalizmlə mübarizə tədbirləri haqqında danışan sədr müavini bu istiqamətdə  ən səmərəli metodlardan birinin dini maarifləndirmə olduğunu bildirib. G.İsmayılov dini həqiqətlərin insanlara düzgün çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans işini panel formatında davam etdirib

    06 İyul 2018 15:23