Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında 2018-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən 16 saylı cəzaçəkmə müəssisəsində “Multikultural cəmiyyətdə radikalizm təhlükəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov, Bakı İslam Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşı Süleyman Salayev, 16 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini ədliyyə mayoru Qafar Qafarov, eləcə də Penitensiar Xidmətin əməkdaşları və məhkumlar iştirak ediblər.
Bakı İslam Universitetinin müəllimi Abbas Qurbanov ölkəmizdə hökm sürən dinlərarası tolerantlıq mühiti haqqında danışıb. Azərbaycanda dünyaya nümunə ola biləcək multikulturalizm və tolerantlıq ənənələrinin mövcud olduğunu deyən natiq bu mühitə əsas təhlükənin dini radikalizm olduğunu diqqətə çatdırıb və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov dini radikalizmin yaranma səbəbləri, onun yaratdığı fəsadlar və dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. B.Orucov, həmçinin dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan və ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən bəhs edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlarla geniş müzakirələr aparılıb. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

    02 İyul 2018 16:42