Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

İyunun 12-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Göyəm kənd tam orta məktəbində “Vətənpərvərlik dini radikalizmlə mübarizədə ən güclü vasitədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştitak ediblər. 
Göyəm kənd tam orta məktəbinin direktoru İranə Əlizadə tədbiri giriş sözü ilə açaraq məktəbdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlara qarşı mübarizə istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin gənclərin mill-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının, eləcə də gənclərin elmə və təhsilə yiyələnmələrinin vacibliyini bildirib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında dini radikalizmin yaranma səbəblərindən, törətdiyi fəsadlardan, dini radikal qrupların təbliğat metodlarından, dini fanatizmin, mövhumat və xurafatın zərərlərindən bəhs edib. Vətən sevgisinin və xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı güclü mübarizə vasitəsi olduğunu qeyd edib.
Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova çıxışında dövlət tərəfindən ölkədə gənclər üçün yaradılmış hərtərəfli, o cümlədən yüksək təhsil  şəraitindən  danışıb, gənclərə  bu imkandan daha səmərəli  istifadə edərək, elmə və təhsilə yiyələnməyi tövsiyə edib.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən nəşr edilmiş dini maarifləndirici ədəbiyyatlar paylanılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

    13 İyun 2018 10:05