Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Beyləqanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq başlayıb

İyunun 12-də Beyləqanda rayon icra hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
Beyləqan Gənclər Mərkəzində baş tutan tədbirdə Beyləqan RİH başçısının birinci müavini Telman Məstanov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, eləcə də rayonun məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beyləqan RİH başçısının birinci müavini Telman Məstanov tədbiri giriş sözü ilə açaraq dini maarifləndirmə tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib. O, həmçinin rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.
DQİDK sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışıb. Ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən bəhs edən G.İsmayılov vurğulayıb ki, dövlət tərəfindən bütün dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Sədr müavini respublikamızda dini radikalizmə qarşı aparılan tədbirlərdən də danışıb, dini radikalizm və ekstremizmə qarşı mübarizə üsulları kimi maarifləndirici, preventiv və inzibati metodlardan istifadə olunduğunu qeyd edib. Dini radikalizmə qarşı maarifləndirmə metodunun effektivliyini xüsusi vurğulayan G.İsmayılov gənclərin düzgün dini bilgilərə yiyələnmələrinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Beyləqanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq başlayıb

    12 İyun 2018 17:44