Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Mingəçevir və Gəncədə iftar süfrəsi təşkil edilib

İyunun 9-da Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, əməkdaşı Vüqar İmamquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin milli dəyərlərimizin qorunub inkişaf etdirilməsi baxımından vacib olduğunu vurğulayıb. O, bu tədbiri şəhid ailələrinə və müharibə veteranlarına olan hörmət və ehtiramın təzahürü kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Mənəvi dəyərlərin qorunması və təbliğinin Azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olduğunu qeyd edən M.İsmayılov bu sahədə həyata keçirilən tədbirlərin mahiyyəti və gələcək perspektivləri barədə söhbət açıb.
Tədbirdə şəhidlərin ruhuna dualar edilib və iftar süfrəsi açılıb.
 
***
 
İyunun 10-da Gəncə şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, əməkdaşı Vüqar İmamquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Gəncə şəhərində təşkil edilən iftar süfrəsinə görə minnətdarlığını bildirib. Mənəvi dəyərlərin təbliği işinin ictimai əhəmiyyəti barədə söhbət açan A.Əliyev bu fəaliyyətə böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin bu gün də Azərbaycan dövləti tərəfindən uğurla davam etdirildiyini bildirib. Məhz bu siyasətinin nəticəsi olaraq yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında məlumat verən M.İsmayılov Fondun qarşıya qoyduğu hədəflər və layihələr barədə danışıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov Ramazan ayının mənəvi saflıq və kamillik ayı olduğunu diqqətə çatdırıb. Din xadimi şəhidlərin bu ayda yad edilməsinin milli və mənəvi borc olduğunu qeyd edərək bu ənənənin qorunmasının vacibliyini vurğulayıb.
Sonda şəhidlərin ruhuna dualar edilib və iftar süfrəsi açılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Mingəçevir və Gəncədə iftar süfrəsi təşkil edilib

    11 İyun 2018 10:38