Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin və Zəngilan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayon 23 saylı tam orta məktəbində “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda maarifləndirici tədbir həyata keçirilib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundovun, Zəngilan RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyevin, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadənin, məktəbin direktoru Ramiz Qulamovun, tədris ocağının müəllim və şagird kollektivinin iştirak etdiyi görüşdə natiqlər dövlətin gənclər siyasəti haqqında ətraflı məlumat verib.  
Giriş sözü ilə çıxış edən Şənlik Əliyev bildirib ki, bugün ölkəmizdə gənclərin vətənpərvər ruhda yetişməsi üçün dövlət tərəfindən məqsədyönlü siyasət yeridilir. Bununla bağlı bir sıra nümunədən söz açan natiq vurğulayıb ki, ölkə başçısı gənclərlə əlaqəli bütün sahələri dövlət siyasətinin prioritet məsələləri sırasında daim diqqətdə saxlayır.
Tədbirdə söz alan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov Komitənin tarixi, gördüyü işlər, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Radikal meyillərin tarixi, təbliğatı və hədəf kütlələri barədə də tədbirdəkiləri maarifləndirən şöbə əməkdaşı bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Daha sonra Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə çıxış edərək bildirib ki, təhsil və idmanın gənclərin inkişafında çox mühüm rolu var, məhz bu iki uğurlu sahə sayəsində gənclər radikal meyillərdən və zərərli vərdişlərdən uzaq qalırlar. Dövlətin gənclər və idman sahəsindəki qayğısına toxunan idarə rəisi bununla bağlı gələcək planlardan da söz açıb.
Toplantıda çıxış edən Zəngilan rayon 23 saylı tam orta məktəbin direktoru Ramiz Qulamov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

    08 İyun 2018 16:57