Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılğı ilə Ağstafa rayonunda yerləşən 2 saylı tam orta məktəbində “İnsan Hüquqları Aylığı” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin Zeynalov, məsləhətçisi Ceyhun Rüstəmov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, 2 saylı tam orta məktəbin direktoru Vəfa Tağıyeva, eləcə də həmin təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan məktəbin direktoru Vəfa Tağıyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərdən bəhs edib.
Daha sonra söz alan Ağstafa RİH-in nümayəndəsi Əziz Məsmalıyev dövlətin ölkədə insan hüquqlarının, həmçinin azadlıqlarının qorunması sahəsindəki təqdirəlayiq addımlarından danışaraq ölkəmizdə ənənə halını alan “İnsan Hüquqları Aylığı”nın mahiyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin Zeynalov isə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Natiq bildirib ki, həmin əlamətdar tarixlə əlaqədar olaraq əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, bu il də “İnsan Hüquqları Aylığı” silsilə halında davam etdirilir.
Seminarda çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ceyhun Rüstəmov isə “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin ölkə ərazisindəki uğurlu icrasından və əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

    05 İyun 2018 18:02