Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

İyunun 5-də Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Tədbirdə Saatlı RİH başçısı Siraqəddin Cabbarov, DQİDK-nın İmişli bölgəsi üzrə əməkdaşı Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev, RİH başçısının Saatlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Vadər Mirzəxanlı, rayon dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı RİH başçısı Siraqəddin Cabbarov Ramazan ayı münasibətilə rayon dindarlarlarını təbrik edib. O bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım edir. Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Natiq ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
Daha sonra Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov və DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durumun sabit olduğunu, dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
QMİ-nin bölgə qazısı Vadər Mirzəxanlı ölkəmizdə din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən dini sahəyə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.
Sonda tədbir iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

    05 İyun 2018 16:30