Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zərdabda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 17-də Zərdabda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işinə başlayıb.
Seminar-treninqin birinci günündə rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısının müavini Ramo Hacıyev dini maarifləndirmənin əhəmiyyətindən danışıb. Natiq, eyni zamanda rayondakı dini durum barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov respublikamızdakı tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirib. DQİDK sədrinin müavininin sözlərinə görə, tolerantlıq xalqımızın genetik yaddaşına hopmuş bir dəyərdir. Sədr müavini deyib ki, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda heç zaman millətlərarası və məhzəblərarası qarşıdurma baş verməyib.
Dini radikalizm və ekstremizmin fəsadlarından da danışan G. İsmayılov deyib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir. Hazırda radikalizm məzhəblər, dinlərarası dözümsüzlük, eləcə də zorakılıq və digər motivlərlə törədilən terror aktlarında təzahür edir.
İslam dininin gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolunun düzgün istiqamətləndirilməli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və başqaları çıxışlarında İslamın dini radikalizmin qarşısının alınması, dözümlülük mədəniyyətinin tərbiyə edilməsi və dinlərarası dialoq məsələlərinin qaydaya salınmasında böyük rol oynayan barışıq potensialına və geniş üfüqi əlaqələr şəbəkəsinə malik olduğunu diqqətə çatdırıblar. Natiqlər islam dəyərlərinin öyrənilməsinə yönəldilən dini maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zərdabda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

    17 May 2018 16:15