Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” adlı tədbir keçirilib

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” adlı tədbir keçirilib.
Tədbirdə Şuşa RİH başçısının müavini Vüsalə Fətəliyeva, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fidan Aslanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərdiyini bildirib. O, məktəblilərə, Şuşalı gənclərə xalqımızın milli-mənəvi dəyərlərinin yüksək səviyyədə qorunmasının vacibliyi ilə bağlı öz dəyərli məsləhət və tövsiyələrini verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fidan Aslanova öz çıxışlarında həyati hadisələrin əks olduğunu, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi, Vətənə, dövlətçiliyə xəyanətin və sədaqətin konkret nümunələrlə təsvir olunduğu “Şəhadət” sənədli filminin maarifləndirici xüsusiyyətlərindən söz açıblar. Bildiriblər ki, filmin hazırlanmasında məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm meyllərinə qarşı çıxmaqdır.
Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva öz çıxışında  bildirib ki, torpaqlarımızın erməni işğalçıları tərəfindən təcavüzə məruz qaldığı bir zamanda, doğma yurd yerlərimizin xilası naminə gənc nəsildə doğma torpağa və xalqa məhəbbət, Vətənin ərazi bütövlüyünə və müstəqilliyinə sədaqət kimi hisslər və yüksək ideyalar aşılanması baxımından bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gəlmiş “Fitnə” və “Şəhadət” sənədli filmlərinin məktəblərdə, elm və təhsil ocaqlarda nümayiş etdirilməsinin gənclərin düzgün maariflənməsi, dini radikalizmin və ekstremizmin zərərlərinin onlara aydın çatdırılması baxımından vacib olduğunu qeyd edib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” adlı tədbir keçirilib

    17 May 2018 15:58