Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Vətən sevgisi imandandır

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə adıçəkilən ali təhsil müəssisəsində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov, filialın professor, müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E. Nurullayev qeyd edib ki, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığı Azərbaycan dünyada tolerantlıq nümunəsidir. Gənclər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən də danışan E. Nurullayev bildirib ki, Azərbaycan gənci milli adət-ənənələrimizi öyrənməklə yanaşı, ənənəvi İslami dəyərləri də mənimsəməlidirlər. Bununla onlar həm özlərini, həm də gələcək nəsli bəzi radikal qrupların zərərli təsirlərindən qorumuş olacaqlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı T. İbrahimov çıxışında gənclərin dövlət rəmzlərimizə və mənəvi dəyərlərimizə daha sıx bağlı olmalarının vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, gənclər radikal dini təsirlərdən qorunmalı və bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Filialın Pedaqoji fakültəsinin dekanı Q. İdrisov mövzunun əhəmiyyətini yüksək qiymətləndirib. Natiq çıxışında deyib ki, ADPU-nun Quba filialında vətənpərvərliklə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Vətən sevgisi imandandır

    17 May 2018 14:41