Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə Ramazan ayının başlanması münasibətilə din xadimləri ilə görüşlər keçirilib

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi (DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin bölgə üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak edib.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı Fətvası oxunub.
Tədbiri giriş sözü ilə açan QMİ-nin bölgə üzrə qazısı Qəni Axundzadə Ramazan ayı ilə bağlı tövsiyələrini verib. Q.Axundzadə tədbirlərin QMİ-nin fətvasına uyğun şəkildə keçirilməsininin vacibliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov Ramazan ayının başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. Q.Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplərə söykəndiyini qeyd edib. Natiq əlavə edib ki, məscidlərdə azanlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlidir.
Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin Fətvasına uyğun keçirilməlidir.
 ***              ***            ***
Ramazan ayının başlanması münasibətilə din xadimləri və dini icma sədrləri ilə növbəti görüş  mayın 16-da Göyçay rayonunda baş tutub.
Görüş Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhəri “Əbülfəzlil-Abbas” məscidində keçirilib.
Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə əməkdaşı Rauf Nəsirov, QMİ-nin Ucar və Göyçay rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov iştirak ediblər. Görüşdə ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi qayğıdan bəhs olunub. Eyni zamanda Ramazan ayı bağlı qarşıda duran vəzifələr barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
   ***             ***             *** 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar şəhər “Cami” məscidi dini icmasının birgə təşkilatçılığı ilə mayın 16-da Ucarda da Ramazan ayının başlanması münasibətilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyinin diqqətə çatdırıldığı tədbir QMİ-nin Qazılar Şurasının fətvasını oxunması ilə öz işini yekunlaşdırıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə Ramazan ayının başlanması münasibətilə din xadimləri ilə görüşlər keçirilib

    17 May 2018 10:34