Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Tükəvilə kənd tam orta məktəbində “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda tədbir olub

Mayın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tükəvilə kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova, Tükəvilə və Şağlaser kənd məscidi dini icmalarının sədrləri Murad Əzizov və Ruhulla Ruhullayev, müəllimlər, şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilb.
Tükəvilə kənd tam orta məktəbinin direktoru G.İsmayılova çıxışında keçirilən tədbirin mövzusu haqqında məlumat verərək, Xalq Cümhuriyyəti dövründə görülən işlərdən danışıb. G.İsmayılova 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə mütərəqqi nailiyyətlər əldə edildiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə, eləcə də bu gün ölkəmizdə həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürür.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı R.Hüccətov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd edib. Bildirib ki, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası xalqımızın Ümummilli Lideri Heydər Əliyev, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə mühüm uğurlar qazanmaqdadır.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Tükəvilə kənd tam orta məktəbində “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda tədbir olub

    17 May 2018 10:14