Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Kürdəmirdə dindarlarla görüş keçirilib

Mayın 16-da Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar dindarlar və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov, ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Ə. Rəfiyev bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.
Daha sonra QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi F. Cəfərov Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb və tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Kürdəmirdə dindarlarla görüş keçirilib

    16 May 2018 17:05