Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bayıl qəsəbəsi 51 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir olub

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Səbail Rayon İcra Hakimiyyəti (RİH) və Səbail Rayon Polis İdarəsinin (RPİ) birgə təşkilatçılığı ilə Bayıl qəsəbəsi 51 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Həbibə Qəribova, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi Məryəm Ömərova, Səbail RPİ-nin şöbə rəisi Anar Hüseynov, hüquq-mühafizə orqanları əməkdaşları, məktəbin direktoru Tərlan Bayramova, müəllim və şagirdlər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru T.Bayramova  orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi M.Ömərova gənclərin zərərli vərdişlərdən və dini radikalizmin təsirlərindən qorunmasının vacibliyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi dəyərlərimizə zərərli təsirləri və Dövlət Komitəsinin dini radikalizmlə mübarizə istiqamətində gördüyü ideoloji tədbirlər barədə məlumat verib.
Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Kərimov rayondakı mövcud dini vəziyyət və dini radikalizmin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər haqqında danışıb.
Səbail RPİ-nin şöbə rəisi A.Hüseynov hazırda dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Sonda məktəblilərin sualları cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bayıl qəsəbəsi 51 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir olub

    16 May 2018 14:34