Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

Mayın 16-da Balakən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Qullar-1 saylı kənd tam orta məktəbdə “Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Samirə Rüstəmova, Balakən rayonu Qullar-1 saylı kənd tam orta məktəbinin direktoru Elçin Musayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Elçin Musayev milli-mənəvi dəyərlərimiz haqqında geniş söhbət açaraq bu dəyərləri qorumağın vacibliyini diqqətə çatdırıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə çıxışında müasir gənclərin milli-mənəvi dəyərləri daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulayıb, bu dəyərlər sistemində özünəməxsus yeri olan vətənpərvərlik hissinin mahiyyətindən danışıb. Cəmiyyəti parçalamağa çalışan qeyri-ənənəvi, radikal dini cərəyanların pozucu fəaliyyətlərindən bəhs edən natiq onlara qarşı mübarizədə təhsilin rolunun yüksək olduğunu deyib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

    16 May 2018 14:32