Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq mayın 15-də başa çatıb.
Rayonun aktiv gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqin ikinci gününü giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir. Natiq onu da qeyd edib ki, Azərbaycanda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, dinlərarası, məzhəblərarası vəhdətin və həmrəyliyin hökm sürdüyü respublikamızda tarixin heç bir mərhələsində bu zəmində münaqişələr baş verməyib. Azərbaycan dini, etnik, mədəni və siyasi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Sədr müavininin sözlərinə görə, bir sıra dövlətlərdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, ölkəmizdə məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan natiq dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacilbliyini diqqətə çatdırıb.
DQİDK-nın sədr müavini İslam dininin ekstremizm və radikalizmə qarşı olduğunu, bütün bəşəriyyəti sülhə və həmrəyliyə çağırdığını qeyd edib. Bu baxımdan dünyada İslam adı altında yaradılan münaqişələrin həqiqi islami dəyərlərə zidd olduğunu vurğulayan G. İsmayılov deyib ki, bu kimi hallar dünyada İslam haqqında yanlış fikirlərin formalaşmasına səbəb olur.
Tədbirdə, həmçinin DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və başqaları çıxış edərək gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almalarının vacibliyini bildiriblər.
Seminar-treninqin iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

    15 May 2018 17:02