Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəkidə “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir olub

Mayın 15-də Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Şəki rayon Cunud kəndində baş tutan tədbirdə Şəki ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilov, şöbənin əməkdaşları Anar Xaliqov, Tural Niftaliyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki şəhər Təhsil Şöbəsinin metodisti Anar Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Şəki şəhər Təhsil Şöbəsinin metodisti A.Məmmədov mövzunun əhəmiyyətindən və aktuallığından danışıb. Polis Şöbəsinin rəis müavini V.Xəlilov isə narkomaniya, onun insan sağlamlığına təhlükəsindən geniş söhbət açaraq, ölkəmizdə, eləcə də Şəki şəhərində bu problemə qarşı görülən işlər haqqında ətraflı məlumat verib. Natiq tədbirdə iştirak edən gənclərə müraciət edərək, özlərini, yaxınlarını narkomaniya adlı “ağ ölüm”dən qorumağa səsləyib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən T.Abdullayev mövzunun olduqca aktual olduğunu qeyd edərək dövlətin əsas vəzifələrindən birinin narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirmək olduğunu bildirib. Qeyd edib ki, məhz bu zərurətdən çıxış edərək, mütəmadi olaraq ölkəmizin şəhər və kəndlərində belə mövzularda maarifləndirici tədbirlər keçirilir. Narkomaniyanın insanı ölümə, mənəvi böhrana aparan faciə olduğunu deyən natiq onun ailə, cəmiyyət və dövlət üçün təhlükəli tərəflərini izah edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəkidə “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir olub

    15 May 2018 15:41