Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 14-də Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
Seminar-treninqin birinci günündə rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısının müavini Məharət Əkbərov mövzunun əhəmiyyətinə toxunub. Natiq bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bəzi məkrli qruplar cəmiyyətdə tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, məzhəbçiliyin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi istiqamətlərində fəaliyyət göstərirlər. Vurğulayıb ki, bu cür qruplara qarşı ideoloji, preventiv, proflaktik və inzibati metodlarla mübarizə aparılır.
İslam dünyasında baş verən proseslərdən  danışan G. İsmayılovun sözlərinə görə, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilir.
Ölkəmizdə mövcud olan tolernatlıq mühitindən bəhs edən sədr müavini deyib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Qobustan şəhər 1 saylı tam orta məktəbinin direktoru İmran Sabirov ölkəmizdə dövlət-din münasibətlərinin əsasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

    14 May 2018 14:49