Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mətbuat Xidmətinin məlumatı

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.
Baxış əsnasında həmin ərazidə qanunazidd qaydada dini yığıncaqların, digər dini mərasimlərin təşkili və keçirilməsi, eləcə də, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.
Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Binyətov Gülverdi Allahverdi oğlu barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mətbuat Xidmətinin məlumatı

    11 May 2018 15:07