Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbirlər keçirilib

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 86 saylı orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova, Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, məktəbin direktoru Arzu Əliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə ilk öncə Ümumilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çıxışlar edib, ona həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər, eyni zamanda dahi liderin ömür yolunu, ictimai-siyasi fəaliyyətini əks etdirən video görüntülər izlənilib. 
Tədbirdə çıxış edən məktəbin direktoru Arzu Əliyeva müasir tariximizdə silinməz iz qoymuş Heydər Əliyev haqqında ürək sözlərini dilə gətirib, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliyini bildirib. O qeyd edib ki, Heydər Əliyev bütün dövrlərdə sağlam, yüksək bilikli gənc nəslin yetişməsinə çalışıb, Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu dönə-dönə vurğulayıb. Məhz bu səbəbdən təhsil işçilərinin də asas vəzifəsi gənc nəslin təlim-tərbiyəsini yüksək səviyyədə təşkil etmək, dahi şəxsiyyətin arzuladığı gəncliyin formalaşmasına nail olmaqdır.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova çıxışında vurğulayıb ki, Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət, XXI əsr müstəqillik kursunun memarıdır. F.Aslanova Ulu öndərin təməlini qoyduğu azərbaycançılıq ideologiyasının Azərbaycanın müasir dünyada yerini müəyyən etdiyini, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov bildirib ki, Ulu Öndərin xatirəsi Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. 
 ***                                       ***                                      ***
Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən növbəti tədbir Miryusif Yusifov adına 265 №-li tam orta məktəbdə baş tutub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, məktəbin direktoru Yeganə Qurbanova, Azərbaycan Təhsil İnstitutunun “Təhsil problemləri” qəzetinin əməkdaşı İlham Hüseynli, müəllim, valideyn və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Qurbanova orta məktəblərdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışaraq bu böyük vətənpərvər şəxsiyyət və dövlət xadiminin hər bir azərbaycanlı üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov çıxışında Ümummilli lider Heydər Əliyevin öz xalqına, millətinə, milli-mənəvi dəyərlər və Azərbaycançılıq ideologiyasına hər zaman bağlı olduğunu vurğulayıb. Xalqımızın qürur mənbəyi olan dahi şəxsiyyətin məhz buna görə də əbədiyaşarlıq zirvəsinə ucaldığını qeyd edib.
Tədbirin sonunda  məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çıxışlar ediblər, ona həsr olunmuş şeirlər səsləndiriblər.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbirlər keçirilib

    10 May 2018 17:11