Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xaçmazda “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Xudatkənd kəndində “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH başçısının Xudatkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şölə Mirzəyeva, kənd bələdiyyəsinin sədri Rəna Zəkiyeva və kənd ictimaiyyəti iştirak edib.
Tədbir 2016-cı ilin aprel ayında Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olan igidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edib. Eyni zamanda o qeyd edib ki, əsrlərboyu Azərbaycan xalqı öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə qəsbkarlarla mübarizə aparıb və minlərlə soydaşımız bu yolda canından keçib.
Daha sonra çıxış edən Xaçmaz rayonu Xudatkənd kənd məscidinin dini ayinlərinin icraçısı Vahid Hacıyev bildirib ki, Vətəni sevmək imandandır və bu yolda şəhid olmaq dinimizdə ən uca məqamlardan biridir.
Sonda DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xaçmazda “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

    17 Aprel 2018 16:46