Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

Aprelin 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi,  Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Polis Şöbəsinin  birgə təşkilatçılığı ilə “Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib.
M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Amal Rzayev, tam orta məktəbin direktoru  Xədicə Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru  X.Əliyeva gənc nəslin formalaşmasında bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb. X.Əliyeva gənclərin bizim gələcəyimiz olduğunu və sağlam cəmiyyətin sağlam gənclərlə yetişdiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə isə zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin, elm və təhsilə yiyələnməsinin əhəmiyyətindən danışıb. T.Həsənzadə, həmçinin dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verib.
Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Amal Rzayev narkotik maddələrin yaratdığı dəhşətli fəsadlardan bəhs edərək, gəncləri narkomaniyadan və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən slayd təqdim olunub.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

    16 Aprel 2018 15:57