Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Aprelin 13-də Qazax Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Aprel zəfəri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Dəmirçilər və Ürkməzli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin apardığı genişmiqyaslı hərbi-siyasi fəaliyyəti faktlarla diqqətə çatdırıb, gənclərin hərb tariximizdən, aprel döyüşlərindən ciddi dərs almasının vacibliyi vurğulayıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün təntənəsi olduğunu qeyd edib. O bildirib ki, bu qələbə xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

    13 Aprel 2018 17:40