Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Aprelin 13-də Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab rayonu Dəkkoba kəndi tam orta məktəbdə “Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz İsayev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, kənd tam orta məktəbinin direktor müavini Elçin Şirinov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Dəkkəoba kənd məktəbinin direktor müavini Elçin Şirinov qeyd edib ki, aprel döyüşləri xalqın orduya inamını bir daha təsdiqləyib. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoyub.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxışında vurğulayıb ki, aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Qeyd edib ki, bu döyüşlər Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu. Xalq gənclərimizin Vətən sevgisinin, müharibə əzminin və sağlam düşüncələrinin şahidi oldu.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər də Azərbaycan oğullarının aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş olunub.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

    13 Aprel 2018 17:21