Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Aprel şəhidləri qürur mənbəyimizdir

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbində “Aprel şəhidləri qürur mənbəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 4 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Quliyeva şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu baxımdan süjet xətti ölkəmiz üçün aktual olan iki ən vacib məsələni - dini radikalizmə qarşı mübarizə və vətənpərvərliyi özündə ehtiva edən “Şəhadət” sənədli filminin əhəmiyyətinə toxunub.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib, şəhidlərimizin qəhrəmanlıq dastanından bəhs edən sənədli filmlərin ərsəyə gətirilməsinin maarifləndirmə sahəsində prioritet məsələlərdən biri olduğunu bildirib. Şəhidliyin necə uca bir məqam olduğunu bildirən natiq bu yolda Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Ş. Məmmədov bildirib ki 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət xalqımızın inamını və mübarizə ruhunu daha da alovlandırıb. Azərbaycan xalqı artıq əmindir ki, ordumuz işğal olunmuş torpaqlarımızı tez bir zamanda azad edib dövlətin ərazi bütövlüyünü bərpa edəcək.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ilə bağlı müzakirələr aparılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Aprel şəhidləri qürur mənbəyimizdir

    13 Aprel 2018 16:48