Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəkidə aprel döyüşləri şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəki şəhər 5 saylı tam orta məktəbində “Aprel şəhidləri – nümunəvi qəhrəmanlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki şəhər Gənclər və İdman idarəsinin əməkdaşı Təvəkkül Cəmilov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev bildirib ki, aprel döyüşləri dünyaya Azərbaycan ordusunun gücünü göstərdi. Ordumuzun göstərdiyi şücaət nəticəsində bir daha sübut olundu ki, Azərbaycan işğalla barışmır və igid əsgərlərimiz Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqları geri qaytarmağa tam hazırdır.
Daha sonra çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin əməkdaşı Təvəkkül Cəmilov qeyd edib ki, tariximizə nəzər yetirsək görərik ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub. Aprel döyüşləri də Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsidir.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli film nümayiş olunub. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəkidə aprel döyüşləri şəhidlərinə həsr olunmuş tədbir keçirilib

    13 Aprel 2018 09:50