Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransa, İtaliya, Yunanıstan və digər Avropa ölkələrindən Azərbaycana səfər edən bir qrup jurnalisti qəbul edib və onları maraqlandıran sualları cavablandırıb.
Dövlət Komitəsinin sədri xarici jurnalistlərə ölkəmizdə mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 808 dini qurumun dövlət qeydiyyatına alındığını bildirən Dövlət Komitəsinin sədri onlardan 777-nin İslam, 31-nin isə qeyri-islam təmayüllü olduğunu bildirib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq imkanına malikdir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri xarici jurnalistlərin ölkəmizin nümunəvi dini tolerantlıq modeli, ictimaiyyət tərəfindən maraqla qarşılanan vəhdət namazı və radikalizmin qarşısının alınması istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.
Səmimi qəbula görə təşəkkürlərini bildirən jurnalistlər ölkəmizə səfərləri müddətində Azərbaycanın dinamik inkişafının, yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər.
Qeyd edək ki, görüşdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa da iştirak ediblər.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

    10 Aprel 2018 17:20